Haqqımızda

www.e-tibb.az layihəsi səhiyyə və tibb sahəsi üzrə xidmət göstərir. 

Layihənin əsas məqsədi insanların sağlamlığının qorunmasında vasitəçi olmaq, peşəkar tibb personalını, səviyyəli tibb ocaqlarını tanıtmaq, xəstə və həkim arasında sağlam ünsiyyətin qurulmasına kömək etməkdir.

www.e-tibb.az kataloqu xəstə və həkimin görüş yeri, ünsiyyət platformasıdır. Vətəndaşlar uyğun olan həkim və tibb ocaqlarını saytdan tapıb, qəbula yazıla, məsləhət ala bilərlər. 

Layihə xaricdə tibbi təhsil almaq, müayinə və müalicə olunmaq istəyənlər üçün də imkanlar yaradır. 

Səhiyyə və tibbə dair ölkədə və dünyada baş verən yeniliklər, xəbərlərlə də saytda tanış olmaq mümkündür.

Layihədə həkimlər və tibb ocaqlarına ən müxtəlif xidmətlər təklif olunur. 

Buraya onların özlərini geniş auditoriyaya təqdim etmək imkanı, www.e-tibb.az saytından əlavə, geniş izləyici auditoriyası olan  "facebook", "Instagram" və youtube səhifələrində məlumatların paylaşılması, müsahibələr, reportajlar, video və foto çəkilişlər,  istifadəçilərlə onlayn əlaqə,  online konsultasiya, qəbula yazılma, "bloq" bölməsində həkim və mütəxəssislərin müəllif yazılarının yerləşdirilməsi, istifadəçilərin rəyi ilə tanış olmaq imkanı, peşəkar karyeradakı uğurları istifadəçilərlə bölüşmək, pasiyentlərin həkim barədə danışmaq fürsəti yaradılıb. Eyni zamanda ümumi həkim kataloqundan əlavə, kataloqun ilk səhifəsində VİP elan yerləşdirilməsi, həyata keçirilməsi nəzərdə tutulan aksiya və endirimlər barədə məlumat və elanın, həkimin müəllifi olduğu, eyni zamanda istənilən tibbi ədəbiyyatın, bundan başqa, tibb müəssisəsinin satmaq istədiyi tibbi texnika və avadanlıqlar haqqında satış elanının saytda yerləşdirilməsi və s. daxildir.
 

medical-history

Rahat formada qəbula yazılmaq

medical-history

Onlayn konsultasiya

medical-history

Həkimə məxsus bloq

hospital-sign

Həkim haqqında geniş məlumat almaq

hospital-sign

VİP elan yerləşdirmək

hospital-sign

Həkim haqqında geniş məlumat almaq

about-doctors
665 KLİNİKALAR
561 PEŞƏKAR
HƏKİM
187 TİBBİ
MƏQALƏ