Təhsil

Tibb üzrə fəlsəfə doktoru


Xidmətlər
  • Uroloq

Sual göndərin
Rəy bildirin

Randevu al

İş günü deyil

doctor-speciality

Dr. İlham Əhmədov

Uroloq

28 il iş təcrübəsi

ATU Tədris Cərrahiyyə Klinikası

Mirqasımov küç., 1004-cü məhəllə

Haqqında

Alimlik dərəcəsi:  Tibb elmləri doktoru, professor

Təvəllüd:  1964-cü il martın 18-də Qəbələ rayonu Nohurqışlaq kəndində anadan olub.

Təhsil, İş təcrübəsi: 1981 ci ildə Nohurqışlaq orta məktəbini əla qiymətlərlə bitirib.

1986-1992-ci illərdə  Azərbaycan Tibb İnstitutu  II müalicə-profilaktika fakültəsi (“Lenin” təqaüdü ilə bitirib)

1992-1999-ci illərdə  Azərbaycan Tibb Universitetinin urologiya kafedrası – baş laborant

1999-2011- ci illlərdə Azərbaycan Tibb Universitetinin urologiya kafedrası – assistent

2011- 2015- ci illərdə  Azərbaycan Tibb Universitetinin urologiya kafedrası – dossent

2015 - ci ildən Azərbaycan Tibb Universitetinin urologiya kafedrası - professor

2003-2004-ci illərdə  bir illik androloji kurs (İstanbul ÇAPA)

2007-ci il 1iyul-1sentyabr: mikroskopik androloji əməliyyatlar kursu (İngiltərə)

2008-ci il 1iyul-1sentyabr: rekonstruktiv androloji əməliyyatlar kursu (Ankara)

2010-cu il 1iyul-1sentyabr: endouroloji kursu (Konya)

2011-ci il 1iyul-1sentyabr: perkutan nefrolitotomiya kursu (Konya)

2017-ci il yanvar-fevral: Laporoskopik urologiya kursu(Fırat universiteti)

Avrasiya Androloji Konseynin İdarə Heyətinin üzvü,

Avropa Uroloji Cəmiyyətinin həqiqi üzvü

Amerika Seksual Tibb Cəmiyyətinin üzvü

Azərbaycan Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının sədri

ATU-nun cərrahi profil üzrə müdafiə şurasının üzvü

“Urologiya və Reproduktiv Təbabət” jurnalının təsisçisi və baş redaktor müavini

2000-ci ildə “Prostat vəzi xərçənginin diaqnostikası üsullarının müqayisəli xarakteristikası” mövzusunda dissertasiya, 2010-cu ildə “Erektil  Disfunksiyanın diaqnostikası və müalicəsi” mövzusunda doktorluq dissertasiyasının müdafiəsini edib. Bu günə kimi bir dərsliyin, bir metodik vəsaitin, iki dərs vəsaitinin və 54 məqalənin(onlardan on altısı xarici ölkənin tanınmış jurnal və kitablarında çap olunmuşdur) müəllifidir. Azərbaycanda ilk dəfə andrologiya dərsliyi onun tərəfindən yazılmış və tərtib olunmuşdur.  Uroloji və androloji xəstəliklərin konservativ müalicəsi. Bütün növ uroloji və androloji açıq və endoskopik əməliyyatların icrası. O cümlədən: perkutan nefrolitotomiya, sidik axarı daşlarının endoskopik yolla çıxarılması, sidik axarlarının plastik əməliyyatları, sidiklikdə və prostat vəzində aparılan açıq və endoskopik əməliyyatlar (lazer, plazma kinetik TURP). Cinsiyyət orqanının plastik və rekonstruktiv əməliyyatları (Peyronie xəstəliyi, anadangəlmə penil əyrilik və s.). Ağır erektil disfunksiyanın müalicəsində müxtəlif  cür penil protezlərin implantasiyası. Kişi sonsuzluğunda mikroskopik əməliyyatlar. Qadın və kişi sidik saxlamazlığında plastik əməliyyatlar.


Telefon
  • 994124401367

  • 994503271036


Həkimə verilən sullar

Hal hazırda sual yoxdur.

Həkimə yazılan rəylər

Hal hazırda rəy yoxdur.

Təhsil

Tibb üzrə fəlsəfə doktoru


Xidmətlər
  • Uroloq

Təhsil

Tibb üzrə fəlsəfə doktoru


Xidmətlər
  • Uroloq

Sual göndərin
Rəy bildirin

Randevu al

İş günü deyil