BLOQ

Doğulduğu fəsil uşağa necə təsir edir?

date 28 May 2020

Doğulduğu fəsil uşağa necə təsir edir?

İnsan dünyaya gələrkən yeni və fərqli bir mühitə düşür. Bizim ətrafımızda kiçik-mikro və böyük-makrosistem mövcuddur. Məsələn ailəmiz, məhəlləmiz, məktəbimiz, inanc sistemimiz...

Daha böyük, içində yaşadığımız şəhər, ölkəmiz, qanunlar sistemi, sosial media makrosistemdir.
Bu mühitlərin hər birində uşağa təsir edən çoxlu sayda faktorlar var. Bunlardan biri də təbii amillərdir. Bu
gün fəsillərdən danışacağam. Doğulduğu fəsil uşağın davranış və emosional fəaliyyətində iz qoyur. Astrologiya ilə səhv salmayaq; yazılanlar hamısı elmi ədəbiyyatdan dərc edilən məqalələrdən iqtibas edilib.
Yaz fəslində doğulan uşaqlar, qışda anadan olanlara nisbətən hisslərini kontrol etməkdə daha bacarıqlıdırlar. Yazda doğulanlar daha az aqressiyaya meyllidirlər. İsveçdə aparılmış bir tədqiqatda yayda anadan olanların
(xüsusən qadınlar) israfçılıq, həyəcanlanma, tədbirsizlik və nizamsızlığa daha çox meylli olduğu görülmüşdür. Yaponiyada aparılmış bir araşdırmada isə qışda doğulan yeniyetmələrdə yuxusuzluq, sinirliliik, tez əsəbiləşmə kimi halların çox olduğu aşkarlanmışdır. Aprel, may, avqust və sentyabrda doğulanlar yanvardakılara görə daha məqsədyönlü çalışmağa (cəhd kontrolu) meylli olurlar. Aprel ayında doğulanların boylarının digərlərinə görə daha uzun olduğu söylənir. Yazda doğulan uşaqların oxuyub yazmağı digər yaşıdlarından tez öyrəndiyini göstərən araşdırmalar da vardır.
Yayda doğulanların gec yatdığı və yuxu müddətinin az olduğu görülmüşdür.
Şimal yarımkürəsində maydan oktyabra qədər Selsi ilə 15 dərəcədən yuxarı temperatur hakimdir. Deməli
, mayda doğulan uşaq qışda doğulana nisbətlə 18 ayına çatanadək ilin 12 ayını Günəş görür.

Qışda doğum ananın depressiyada olması üçün risk təşkil edir. Bu da uşağa qarşı qayğının azlığı, yuxunun pozulması, əmizdirmə azlığı ilə müşayiət edilir.
Onurğa beyin mayesində yazdan payızadək 5 HT serotonin artıq olmasının da sakit davranış ilə əlaqəli olduğu düşünülməkdədir.
Fevral-aprel arası doğulanlar payız-qış aralığında doğulanlara nisbətən intihara daha meylli olurlar.
Payız-qış mövsümündə doğulmaq yaz-yaya nisbətən allergik xəstəliklərə tutulmaq nöqteyi nəzərindən daha çox risk daşıyır. Səbəb olaraq Günəş şüası azlığı, bitki tozcuğu və ev tozu kimi allergenlərin çoxluğu, ilk infeksiyanın soyuq mövsümə təsadüf etməsi kimi hallar göstərilsə də, dəqiq mexanizm aydın deyil...
 

 

Ülvi Əliyev-Pediatr, Uzman həkim

e-tibb.az