XƏBƏR

Eyni qidaları tez-tez istəmək nələrdən xəbər verir?

date 19 Yanvar 2021

Eyni qidaları tez-tez istəmək nələrdən xəbər verir?

Müəyyən qidalara can atmaq xəstəlikdən xəbər verə bilər.

Amerikanın “Reader's Digest” jurnalının məlumatına görə, şirniyyata can atmaq yuxu çatışmazlığının əlaməti də sayılır. Jurnalda yayımlanan araşdırmaya görə, yuxu müddəti artıqda şirin bir şey yemək istəyi daha az hiss olunur. Ancaq bir insanı şirniyyatlardan şokalad xüsusi cəlb edirsə, psixoloji sağlamlıq barədə düşünmək lazımdır, bu, depressiyanın əlaməti ola bilər. Şokoladın tərkibində maqnezium və teobromin var. Bu maddələr əzələlərin rahatlaşmasına və stres hormonlarının azalmasına kömək edir.

Bəzi insanlada olan buz sormaq istəyinin bir səbəbi ola bilər. Bu, dəmir çatışmazlığı və anemiya əlaməti sayılır. 2016-cı ildə həkimlərin apardığı tədqiqata görə, bu, dəmir çatışmazlığına işarədir. Eləcə də kir və ya sabun kimi yeyilməsi mümkün olmayan şeyləri yemək istəyi də dəmir çatışmazlığı anemiyasının simptomu hesab olunur.

Sodalı, qazlı içki istəyi isə kofein, kalsium çatışmazlığı barədə məlumat verə bilər. Bu tip içkilər sümüklərdən kalsium və maqneziumu atır, bu da osteoporoza, sümüklərin əriməsinə səbəb olur.

Alimlər hesab edir ki, çips və kartof yemək istəyi varsa, bu halda kifayət qədər omeqa-3 yağ turşusu qəbul etməyi düşünməlisiniz. Bu vəziyyətdə daha çox yağlı balıq, avokado, qoz-fındıq yemək olar.

Güclü susuzluq diabetin bir simptomu ola bilər. Güclü bir aclıq hissi isə bədəndə kifayət qədər maye olmadığına dair xəbərdar edir.

e-tibb.az