BLOQ

Sağlam həyat tərzi: Doktor, mən nə yeməliyəm?

date 4 Oktyabr 2020

Sağlam həyat tərzi: Doktor, mən nə yeməliyəm?

Sağlam həyat tərzi və düzgün qidalanma indi dəbdədir. Amma biz dəbdən deyil, sağlamlıqdan danışacağıq. Sağlam qidaya nə daxildir?

Polidoymamış yağ turşularından ibarət yağlar.

Zeytun yağı həddindən artıq faydalıdır. Qızartmalar üçün «pure olive oil» işarəli yağ uyğundur. Salatlar üçün – birinci sıxım yağ – extra virgin.

Faydalı yağların əlavə mənbələri qoz-fındıq, avokado, balıqdır. Bu, ürək üçün faydalıdır və mədəni yükləmir.

Heyvani yağları isə rasionumuzdan çıxarmağa çalışmalıyıq.

Zülallar

Qırmızı əti məhdudlaşdırmaq lazımdır, rasionda ağ ət (toyuq və balıq) üstünlük təşkil etməlidir.

Karbohidratlarla nə edək?

Sürətli karbohidratları məhdudlaşdırmaq lazımdır: şirniyyat, un və makaron məmulatları – bunların hamısı ziyanlıdır. Ağ təzə çörəyi çovdar çörəyi və ya tam taxıllı çörəklə əvəz edirik. Şəkəri isə meyvələrdən alırıq.

Ürək-damar xəstələrinə duzlu yeməklər tamamilə qadağandır, amma ürəyin funksiyası azalmayıbsa, duzu sadəcə olaraq, məhdudlaşdırırıq. Gün ərzində 5 q-a qədər olar. Bu, nahar hazırlamaq üçün kifayətdir, amma masanın üzərində duzlu heç nə olmalı deyil.

Suyu isə məhdudlaşdırmağa ehtiyac yoxdur. Gün ərzində su içirik, gecələr isə yox.

Sağlam insanın rasionunda başqa nə olmalıdır?

Daha çox tərəvəz, göyərti, göbələk. Qəhvə, qara şokolad, qırmızı şərab da faydalıdır.

Belə qidalanmanı necə təşkil etmək olar?

Hamısı birdən alınmayacaq. Heç cəhd belə etməyin. Bu, sizi tez bezdirəcək və siz başlamamış təslim olacaqsınız.

Ona görə də, ilkin olaraq, çalışın ki, rasionunuzun 70-80%-i faydalı qidadan təşkil olunsun və yalnız 20-30%-i hansısa dadlı bir qəlyanaltıdan.

Yasmin Rüstəmova-Kardioloq, tibb üzrə fəlsəfə doktoru